Mask elan etdi: Marsa uçuş…

Mask elan etdi: Marsa uçuş…

SpeysX şirkəti tərəfindən yaradılmış planetlərarası uçuşlar üçün nəzərdə tutulan “Starşip” gəmi prototipi 150 metr yüksəklikdə ilk sınaq uçuşunu uğurla başa vurub.

Axar.az xəbər verir ki, bu məlumatı şirkətin rəhbəri İlon Mask öz Tvitter hesabında bildirib.

“Marsa uçuş imkanı real görünür”, - Mask yazıb.

Qeyd edək ki, SpeysX şirkəti “Super Hevi” çoxməqsədli raket daşıyıcısı və “Starşip” gəmisindən ibarət nəqliyyat sistemini inkişaf etdirir.

Mənbə: axar.az