BMT koronavirus dağıntılarının “dalğası”ndan narahatdır

İstifadə olunan maska və əlcəklər yeni ekoloji problemdir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, BMT koronavirus dağıntılarının “dalğası”ndan narahatdır.

Koronavirus pandemiyası təbiəti “təmizləməyə” kömək etdi: atmosferə buraxılan istixana qazlarının yayılması azaldı, hava təmizləndi, hətta delfinlər belə Venesiya kanallarına qayıtmışdı. Bütün bu üstünlüklərə baxmayaraq, mənfi tərəfləri də az deyil. Qoruyucu maskalar və əlcəklər ətraf mühitin yeni çirkləndiriciləri adlandırılıb. Belə fərdi qoruyucu vasitələr dünyanın bir çox ölkələrində məcburi olaraq qalır və onların xidmət müddəti çox qısadır. Odur ki, təbiət yenidən təhlükədədir, istifadə olunan maskalar və əlcəklərsə yoluxma riski daşıya bilər. Bu məsələ Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransında (UNCTAD) qaldırılıb.

“Küçələr, çimərliklər və okean COVID-19 fəsadlarının böyük dalğasına məruz qalıb - plastik maskalar, əlcəklər, dezinfeksiyaedici butulkalar və qida qablaşdırmaları atılır. Bəzi ölkələrdə qoruyucu vasitələrin müntəzəm istifadəsinin mənfi nəticələrinə qarşı mübarizəyə artıq başlanılıb. Hindistanda əvvəlcə maskanı kəsməlisiniz, sonra üç gün ərzində kağız torbada saxlamalısınız və yalnız bundan sonra zibil qutusuna ata bilərsiniz. Əlbəttə buna diqqətlə nəzarət etmək mümkün olmayacaq, yalnız yerli sakinlərin düşüncəli davranacağına ümid edə bilərik” , - UNCTAD-ın beynəlxalq ticarət direktoru Pamela Coke-Hamilton açıqlamasında qeyd edib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Beyrutdakı partlayış illər əvvəl bu cizgi filmdə yer alıb - VİDEO

SONRAKI XƏBƏR

Bu rayonun 241 nəfəri işlə təmin olunacaq – Qeydiyyata alındılar