Uilyam İnqliş vəfat edib

Uilyam İnqliş vəfat edib

ABŞ-da ilk kompüter “maus”unun yaradıcılarından olan Uilyam İnqliş 92 yaşında nəfəs çatışmazlığından dünyasını dəyişib.
Məlumata görə, Uilyam İnqliş 1964-cü ildə Duqlas Enqelbart ilə birlikdə kompüter “maus”unun nümunəsini hazırlayıb. İlk vaxtlar qurğu ekrandakı təsvirləri hərəkət etdirmək üçün nəzərdə tutulmuşdu. Cihaz şəkilləri şaquli və üfüqi hərəkət etdirməyə imkan verən bir düymə və iki çarxdan ibarət taxta parçasından ibarət idi.
Qurğu 1968-ci ildə San-Fransiskoda təqdim edilmişdi, ancaq yaradıcılar buna görə çox pul qazanmayıblar. Bütün uğur və əqli mülkiyyət hüquqlarına onların işə götürənləri yiyələniblər.
1971-ci ildə Uilyam İnqliş “Xerox PARC” elmi-tədqiqat mərkəzində işləməyə başlayır. O, orada “maus”da iki çarxı bir kürəciklə əvəz etmişdi. Belə model ötən əsrin 90-cı illərinədək aktual olub.
Xəbəri “Lenta.ru” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com