"Tesla" həyatımızı dəyişəcək - Mini elektrik pikap istehsal ediləcək

"Tesla" həyatımızı dəyişəcək - Mini elektrik pikap istehsal ediləcək

"Cybertruck"ın mini versiyasının Avropa istehlakçıları üçün nəzərdə tutulacağı gözlənilir. Avropalılar arasında kiçik avtomobillərə olan tələbat yüksəkdir.

BAKI, 5 avqust — Sputnik. "Tesla" şirkəti böyük ehtimal ki, "Cybertruck" elektrik pikapının mini versiyasını istehsal edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask "Twitter" səhifəsində izləyicilərindən birinin sualına cavab olaraq yazıb.

Mask yeni elektrokarın buraxılma tarixini dəqiqləşdirməyib və onun perspektivdə yaradıla biləcəyini bəyan edib.

"Cybertruck"ın mini versiyasının Avropa istehlakçıları üçün nəzərdə tutulacağı gözlənilir. Avropalılar arasında kiçik avtomobillərə olan tələbat yüksəkdir. Bu, xüsusilə Avropada avtomobil zolağının eni ilə bağlıdır.

"Tesla" elektrik pikapını 2019-cu ilin sonunda təqdim edib. Avtomobilin əsas xüsusiyyəti elmi fantastikaya əsaslanan futuristik dizaynıdır.

"Cybertruck"ın satışları 2021-ci ildə başlayacaq.

Mənbə: sputnik.az