Azərbaycanda "Facebook" auditoriyasının fəallığı artıb

Azərbaycanda "Facebook" auditoriyasının fəallığı artıb

Bu ilin iyul ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı iyun ayı ilə müqayisədə 0,6 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, avqustun 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 38,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13,2 faiz bəndi azdır. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı iyul ayı ərzində 0,4 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin avqust ayının 1-nə 26,6% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 8,1 faiz bəndi çoxdur.

Bu ilin iyul ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,5 faiz bəndi azalıb. Avqustun 1-nə olan məlumata görə, "YouTube" Azərbaycan sosial media bazarında 18% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram"– 10,68, "Twitter" – 4,07, "VKontakte" – 1,06%, "Reddit" – 0,39% və s.

Mənbə: apa.az