Koronavirusun zəif nöqtəsi TAPILDI

Koronavirusun zəif nöqtəsi TAPILDI

ABŞ-ın Kanzas ştatının Dövlət Universitetinin alimləri koronavirusa qarşı terapevtik vasitəni uğurla sınaqdan keçiriblər.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Science Daily" elmi nəşrinin saytında bildirilib.

Məlum olub ki, "3CLpro" kimi tanınan 3C-vari proteaza "SARS-CoV-2"nin inkişafında əsas ferment rolunu oynayır.

Alimlər tapılan proteaza inhibitorlarını MERS koronavirusuna yoluxan laboratoriya siçanlarının üzərində sınaqdan keçiriblər. Nəticədə, yoluxucu xəstəliyin zəif nöqtəsinə yönləndirilən terapevtik vasitə virusun yayılmasını dayandırıb.

Alimlərin fikrincə, dərmanlar dəsti yalnız MERS-in deyil, həm də insanlar arasında geniş yayılan MERS-CoV və SARS-CoV-2 koronaviruslarının yayılmasının qarşısını alır.

Təcrübədə istifadə olunan dərmanlar "Cocrystal Pharma" şirkəti tərəfindən patentləşdirilib və lisenziyaya alınıb.

Mütəxəssislər bildirirlər ki, dərmanların insanlarda nə dərəcədə effektiv olduğunu yoxlamaq lazımdır.

Xatırladaq ki, iyul ayında amerikalı alimlər SARS-CoV-2 əleyhinə potensial olaraq istifadə edilə bilən bir neçə dərman hazırlayıblar. Bu dərmanlar insan hüceyrələrində koronavirusun replikasiyasını dayandıra bilər. Xüsusilə, "Hepatit C"yə qarşı istifadə olunan botseprevir və "GC-376" adlı antiviral dərman koronavirusun çoxalmasında əsas rol oynayan Mpro viral proteazaya qarşı effektiv olub.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az