KİV: ABŞ ordusu 2022-ci ildə iki növ lazer silah sistemini təqdim edəcək

KİV: ABŞ ordusu 2022-ci ildə iki növ lazer silah sistemini təqdim edəcək

 

ABŞ ordusu 2022-ci ildə pilotsuz uçuş və artilleriya raketlərini, 50 kilovattlıq və qanadlı raketləri məhv edə biləcək 300 kilovattlıq iki ədəd lazer silah sistemini təqdim etməyə hazırlaşır. Ordu.az xəbər verir ki, bu barədə “USSAA News” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Nəşr yazır ki, gələcəkdə 50 kilovattlıq lazer silahı “Stryker” zirehli maşında yerləşdiriləcək. “Northrop Grumman” və “Raytheon” şirkətləri bu yeni lazer silahının istehsalı üçün mübarizə aparır.

Hal-hazırda, ABŞ Ordusu IFPC-HEL proqramı çərçivəsində yeni 300 kilovatlıq lazer silah prototipini də inkişaf etdirir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az