İndoneziya donanmasının daha iki PC-40 patrul kateri istifadəyə verilir

İndoneziya donanmasının daha iki PC-40 patrul kateri istifadəyə verilir

İndoneziya gəmi istehsalçısı “PT Caputra Mitra Sejati” ölkənin Hərbi Dəniz Qüvvələrinə daha iki ədəd PC-40 sinfinə məxsus patrul kateri təhvil verib. Ordu.az xəbər verir ki, “KRI Posepa” (870) və “KRI Escolar” (871) adlandırılan katerlər artıq donanmanın istismarına verilib.
Bildirilir ki, bununla İndoneziya donanmasının arsenalında olan PC-40 katerlərinin sayı 11-ə çatır. Patrul katerlərindən 3-ü 2017-ci ildə, 6-sı 2019-cu ildə İndoneziya donanmasına tədarük edilib.
Ümumi uzunluğu 46.5 metr olan gəmi 35 nəfərlik heyətə malikdir.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az