Google Nearby Sharing-i rəsmi şəkildə istifadəyə verdi

Google Nearby Sharing-i rəsmi şəkildə istifadəyə verdi

Bir neçə aylıq beta testdən və məlumat sızıntılarından sonra Google şirkəti sonunda özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını istifadəyə verdi. Sözügedən funksiya bir sıra Android smartfonlarda istifadəyə verilib və yaxın zamanda daha çox smartfon modelini əhatə edəcək. Bu barədə Cnet.com saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bu funksiya kompüterdən istifadə etmədən bir-birinə yaxın olan iki Android smartfon arasında ağır faylların mübadiləsini reallaşdırmaq imkanını verir.

Bununla belə sözügedən proses zaman smartfonun özü faylın hansı optimal protokol (Bluetooth, Wi-Fi, WebRTC) üzrə göndərilməsini avtomatik təyin edir. Hal hazırda bu yeni funksiya Android 6 və daha yuxarı versiyalara sahib Samsung və Google Pixel smartfonlarında aktivdir. Bununla belə funksiya bütün regionlarda deyil hələki bəzi regionlarda istifadəyə verilib. Google yaxın zamanda Nearby Sharing funksiyasını daha çox smartfon modeli üçün aktivləşdirəcəyinə söz verib.

Milli.Az

Mənbə: news.milli.az