ABŞ "TikTok"un rəqibini - İŞƏ SALDI

ABŞ "TikTok"un rəqibini - İŞƏ SALDI

Instagram ABŞ-da çoxdan gözlənilən “qısa video” xüsusiyyətini tətbiq etdi. “Reels” adlı tətbiq bu sahədə bir imperiya quran “TikTok”a rəqib oldu.

FED.az xəbər verir ki, “Wall Street Journal”dakı xəbərə görə, Reels İnstaqramın ən vacib sərmayələrindən biridir.

Sosial media nəhəngi şəkillərin 24 saatlıq yayımlandığı “hekayə” xüsusiyyətini istifadəçilərə təqdim etmişdi. “Snapchat”dakı bir müddət sonra silinən mesajlardan ilhamlanaraq yaradılan "hekayə" funksiyası “Instagram”ın ən çox istifadə olunan tərəflərindən biri olmuşdu.

“Facebook”a plagiat iddiası qaldırıldı

“Reels“ bazar çıxmazdan əvvəl mübahisə yaradıb. “TikTok”un baş direktoru Kevin Mayer bunun təqlidi məhsul olduğunu söyləyib. “TikTok”un sahibi olan ByteDance hətta “Instagram Reels” üçün “Facebook”a qarşı plagiat iddiası qaldırıb.

“Instagram” bunun fərqli bir məhsul olduğunu müdafiə edib.

Məhsul direktoru Robby Stein müsahibəsində “”TikTok” yeni bir video formatını populyarlaşdırıb. Ancaq “Reels” istifadəçilərin istəklərinə uyğun olaraq formalaşacaq bir tətbiqdir. Bu proqram “TikTok”dan bu funksiyasına görə fərqlənir. Günün sonunda bunlar sadəcə video və bir şey yaratmaq üçün istifadə olunan vasitələrdir.” deyə bildirib.

ABŞ-da “Reels”in işə salınması “TikTok” üçün çətin bir vaxta təsadüf edib. Donald Tramp öz ölkəsində “TikTok”a qadağa qoymaq istəsə də təzyiqlər nəticəsində “Microsoft”-a satın almaq üçün 45 gün verib. Üstəlik “Reels” bazarda yeganə rəqib deyil. “Zynn”, “Byte”, “Triller” və “Clash” kimi proqramlar da getdikcə populyarlaşır.

“Reels” üstünlüyü “Instagram” istifadəçilərinin sayıdır

“Rells” ABŞ-dan əvvəl Hindistan, Braziliya və Fransada mövcud idi. “İnstagram” rəqəmi açıqlamasa da tətbiqin istifadəsindən məmnun olduğunu bildirib. Bununla birlikdə şirkət üçün ən vacib şey ABŞ-da alacağı reaksiyadır. “Reels” ölkəsindəki istifadəçilərin ilk seçimidirsə, qısa müddət ərzində dünyanın ən populyar “qısa video” tətbiqetməsinə çevrilə bilər. “İnstagram”ın dünyada bir milyarddan çox istifadəçisi var. “TikTok” üçün bu rəqəm yüz milyonlarla ifadə olunur.

“Qlobal superstarlar yarada bilərik”

“Reels”in İnstaqramdan fərqi odur ki, “TikTok”dakı bir xüsusiyyəti istifadə edəcək. “İnstagram”dan fərqli olaraq nəinki izlədikləri insanlar eyni zamanda populyar olan videolar da düşəcək.

“İnstagram”ın məhsul meneceri Vişal Şah açıqlamasında "Kontent yaradıcı bir yanaşmamız olacaq. Ümid edirik ki, bu insanların kəşf edilməsi və izləyiciləri qazanması ilə nəticələnəcək. İstifadəçilər “Reels” videoları sayəsində qlobal super ulduz ola bilərlər.” deyib.

“Reels” “Facebook”un “TikTok”a gətirdiyi ilk rəqib deyil. “Lasso” 2018-ci ildə istifadəyə verilmişdi. Ancaq “Reels”in dünya miqyasında satışa çıxarılması planlaşdırıldığı üçün “Lasso” iyun ayında bağlandı.

Mənbə: fed.az