Qadağalara baxmayaraq "TikTok" yenə də birinci oldu

Qadağalara baxmayaraq "TikTok" yenə də birinci oldu

Tanınmış Sensor Tower tədqiqat şirkəti iyul ayının nəticələrini açıqlayıb.

Open.az xəbər verir ki, "Apple App Store" və "Google Play Store" tətbiq mağazalarında ən çox yüklənən isə son müddət qadağalar ilə üzləşən "TikTok" servisi olub. İyul ayı ərzində tətbiq tam 65 milyon dəfə yüklənib.

"Facebook" , "Zoom", "Instagram" və "WhatsApp" - tətbiqləri isə siyahıda 2-dən, 5-ə qədər olan ardıcılıqda qərarlaşıblar.

"Facebook Messenger", "Google Meet", "Snack Video", "Likee" və "Telegram" isə onluqda yer alıblar.

Mənbə: open.az