TikTok Avropada ilk data mərkəzini yaradacaq

TikTok Avropada ilk data mərkəzini yaradacaq

Məşhur TikTok servisinin digər ölkələrdə də bloklanması təhlükəsi səbəbilə servis Avropada öz data mərkəzinin yaradılmasına məcburdur. Servis məhz belə bir qərar verib. Bu səbəbdən də TikTok İrlandiyaya 499 milyon dollar investisiya yatıracaq. Bu investsiya Çin ilə Qərb arasındakı gərgin münasibətin fonunda baş verir. Qeyd etmək lazımdır ki, İrlandiya məlumatların emalı məsələsində Avropanın ən böyük mərkəzlərindən biridir. Belə ki, orda bu mövzu ətrafında Amazon, Facebook və Google kimi şirkətlər çalışırlar.

TikTok-un İrlandiyada yaradacağı data mərkəzində avropalı TikTok istifadəçilərinin məlumatları saxlanacaq və emal olunacaq. Data mərkəzin 2022-ci ildə istifadəyə veriləcəyi planlaşdırılır. Onu da qeyd etmək lazımdır ki, sözügedən data mərkəzin istifadəyə verilməsi öz növbəsində İrlandiyada yüzlərlə yeni iş yerinin yaradılmasına, servisin qlobal imkanlarının genişlənməsinə və İrlandiya ilə uzunmüddətli əməkdaşlığın startına səbəb olacaq.

Milli.Az

Mənbə: news.milli.az