Koronavirus infeksiyasının müalicəsində daha bir YENİLİK

Koronavirus infeksiyasının müalicəsində daha bir YENİLİK

"ABŞ Milli Sağlamlıq İnstitutlarının yaydığı rəsmi açıqlamada COVID19-un müalicəsində Remdesivir və İnterferon beta-1a preparatlarının in-vitro müsbət effektlərinin əldə edildiyi açıqlanıb. Təşkilat layihə çərçivəsində artıq ciddi işlərin görüldüyünü və müsbət nəticələrin alındığını bildirib."

Bu haqda Olaylar.az-a həkim Ramin Əzizli məlumat verib.

Həkim qeyd edir ki, sözügedən müalicə layihəsi koronavirus infeksiyasının törədicisi olan SARS-CoV-2 virusunun törətdiyi xəstəliklərlə mübarizə tədbirləri ABŞ-ın Milli Allergiya və İnfeksion xəstəliklər İnstitutu (#NIAID) tərəfindən maliyyələşdirilir:

"Bu cari ilin 21 fevral tarixində başlayan Adaptiv COVID19-un müalicəsi cəhdlərinin üçüncüsüdür. Öncəki, yəni ikinci cəhd (#ACTT2) Remdesivir preparatı ilə #Barisitinib preparatının kombinasiyası ilə aparılmışdr. Lakin institut 30 iyun tarixində o layihəni bağlamış və üçüncü cəhdə start vermişdi. Üçüncü cəhd layihəsi çərçivəsində ancaq COVID19-a xas ağır simptomlara, habelə ağ ciyərlərin rentgenində xarakterik dəyişikliklərə sahib və süni ağciyər ventilyasiyasına ehtiyacı olan xəstələr iştirak edəcək."

Bu zaman xəstələrin iki iki qrupa ayrılacağını bildirənhəkim qeyd edir ki, birinci qrupda ancaq Remdesivir ilə müalicə alanlar, ikinci qrupda isə həm Remdesivir, həm də 44mkq sutkalıq dozada dərialtına yeridilməklə İnterferon beta-1a ilə kombinativ müalicə alanlaryer alacaq.

Layihəni ilin sonuna bitirib, nəticələrini dərc etmək düşünülür. Hər iki preparat həm Amerika həm də Avropa ölkələrində rəsmi qeydiyyatdan keçmiş preparatlardır.

Daha ətraflı aşağıdakı keçiddə:

https://www.nih.gov/news-events/news-releases/nih-clinical-trial-testing-remdesivir-plus-interferon-beta-1a-covid-19-treatment-begins

Mənbə: olaylar.az