İlk 6G şəbəkəsinin nə zaman işə salınacağı məlum olub

İlk 6G şəbəkəsinin nə zaman işə salınacağı məlum olub

Bir neçə gün bundan öncə 5G şəbəkəsinin xüsusi testlərdən kənarda olmuş real sürət nəticələri təqdim olunub. Həmin nəticələr Cənubi Koreyada aparılmış tədqiqatlar vasitəsilə əldə olunub.

Redaktor.az xəbər verir ki, bu cür nəticələri təqdim edəndən sonra Cənubi Koreya hökuməti 6G şəbəkəsinin istifadəyə verilmə planları haqqında danışıb. Bununla yanaşı hökumət 6G-nin istifadəyə verilmə müddətini də təyin edib.

Verilmiş məlumata əsasən, 2026-cı ildə Cənubi Koreya 6G şəbəkəsinin istifadəyə verilməsi üzrə ilkin layihəni işə salacaq. Kommersiya məqsədli 6G şəbəkələrinin 2028-2030-cu illərdə işə salınacağı planlaşdırılır.

2021-ci ildən başlayaraq Cənubi Koreya 6G şəbəkəsinin infrastrukturunun yaradılmasına 5 il ərzində 169 milyon dollar investisiya yatırmağı düşünür. Hesablamalara əsasən, 6G şəbəkəsində məlumatların ötürülmə sürəti 5G-dən 50 dəfə yüksək olacaq. Belə ki, 1 TB həcmində olan məlumatları 1 saniyə ərzində göndərməyin mümkün olacağı gözlənilir.

Bununla yanaşı, Cənubi Koreya 6G üçün elə bir infrastruktur yaratmaq istəyir ki, siqnalın qəbul olunması hətta 10 km yüksəklikdə də mümkün olsun.

 

Mənbə: redaktor.az