"Toshiba" şirkəti noutbuk istehsalını dayandırır

"Toshiba" şirkəti noutbuk istehsalını dayandırır

"Toshiba" şirkəti özünün 35 illik portativ kompüter istehsalçısı karyerasını bitirdiyini rəsmi şəkildə elan edib.

Redaktor.az xəbər verir ki, bu müddət ərzində şirkət irimiqyaslı bazar üçün ilk noutbuk və məşhur "Satellite" adlı noutbuklar seriyasının istehsalçısı kimi tanınıb.

2019-cu ilin yanvar ayından başlayaraq şirkətin noutbukları "Dynabook" adlı brend atında istehsal olunub. Lakin bu ilin 30 iyun tarixində "Toshiba"nın "Sharp" şirkəti tərəfindən tamamilə udulması prosesi yekunlaşdırıb.

Şirkətin verdiyi məlumata əsasən, bundan sonra bazara çıxacaq bütün noutbuklar "Dynabook" brendi altında satılacaq.

Noutbuk istehsalı sahəsindəki fəaliyyətini dayandıran şirkət hansı səbəbə görə bu bazardan getdiyini açıqlamayıb. Lakin mütəxəssislərin fikirlərinə görə, şirkət sadəcə olaraq Lenovo, HP və Dell kimi digər şirkətlərlə rəqabətə tab gətirə bilməyib.

 

Mənbə: redaktor.az