Hörmətli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Baktelecom, 21-ci digitallaşma əsrində mən hələ evimə telefon çəkdirə bilmirəm...

Teref.az xəbər verir ki, şikayətçi vətəndaş Rəhim İsmayilov müraciətində yazır:
Hörmətli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Baktelecom !
2016-cı ildə telefon çəkilişi ilə bağlı Xəzər rayonu ats-ə ərizə vermişik. 2 il ərzində hər dəfə zənglərimizə “orda karobkada yer yoxdur, bilmirik nə vaxt olacaq” cavabı almışıq. Sonda 2018-ci ildə zəng gəldi ki, bəs gəlin ərizə yazın çəkək amma aparat almalısız.
Sevindik və getdik yazdıq. Cavab gəldi ki, bəs artıq yer yoxdur (280azn-ə satılan aparatla) gözləyin. Hər ay zəng edirəm o gün bu gündür cavabları isə dəyişməyib. Gah deyirlər indi dayandırıblar çəkilişi, gah deyirlər aparat qutarıb, son dəfə ərizə yene yazdım bu səfərdə dedilər ki, sizin tərəfdə yüklənmə var mümkün deyil çəkə bilmərik!
4 il keçməsinə və bu vaxt ərzində növbədə olmağıma baxmayaraq ətrafda məndən başqa hamının telefon və interneti var! Bu necə baş verir? 1 evə telefon və internet çəkilməsi 4 ilə mümkün olmayıb?!
Mən dizaynerəm və hazır ki, vəziyyətlə bağlı çox zaman evdən çalışırıq yəni işim internetsiz mümküz deyil. İnanın ki, belə olmaz. Bu qədər insanları incitmək olmaz. Mərdəkandakı Ats ə getdəkdən ordakı işçilərin “gülərüzlülüyündən” bezmişik. 21-ci digitallaşma əsrində mən hələ evimə telefon çəkdirə bilmirəm.
Rəhim İsmayilov
Teref.az olaraq aidiyyatlı qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Qubanın oliqarx icra başçısının həyat yoldaşına yeni vəzifə verildi

SONRAKI XƏBƏR

Yol polisi velosipedçilərə qarşı ciddi tədbirlərə başladı – Cərimələnənlər var