Belarusda DTK və DİN-in saytarına hücum edildi

Belarusun DTK Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin saytları haker hücumlarına məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə kompüter hadisələrinə reaksiya verən milli mərkəzdən məlumat veriblər.

"8 avqust 2020-ci il tarixində Belarus Kompüter İnkişafı üzrə Milli Mərkəzinin BY-NET şəbəkəsinin infrastrukturuna DDoS hücumları olub.

Belarus Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin (kgb.gov.by) və Belarus Respublikası Daxili İşlər Nazirliyinin (mvd.gov.by) saytlarının yerləşdiyi sistem hücuma məruz qalıb", - mərkəzin açıqlamasında bildirilib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Pirlo üç futbolçunun satılmasını istəyir

SONRAKI XƏBƏR

Çimərliklərdə sıxlıq var - FOTO/VİDEO