NASA Beyrutdakı partlayışın peyk görüntülərini yaydı - FOTO

NASA Beyrutdakı partlayışın peyk görüntülərini yaydı - FOTO

Livanın Beyrut limanında baş verən dəhşətli partlayışın görüntüləri hələ də insanların beynindən silinməyib.

Sonxeber.az xəbər verir ki, ABŞ-ın aeronavtika və kosmik sahənin tədqiqatı üzrə Milli İdarəsi (NASA) partlayışın peyk görüntülərini və məlumatlarını yayıb.

NASA partlayışın təsirini göstərmək üçün bir xəritə tərtib edib. Peyk məlumatlarından istifadə edərək yaradılan xəritə partlayışın təsirini videolardan daha aydın göstərməyə kömək edir.

Partlayış anqarda nisbətən kiçik bir atəşlə başlayır. Bundan sonra baş verən böyük partlayış meydana çıxır. Binaların çökməsinə və insanların əksəriyyətinin itkisinə səbəb olan ikinci partlayış geniş bir ərazidə şok dalğası yaradıb.
Müxtəlif nəzarət sistemləri partlayışın təsirini 3,3 ilə 4,5 bal gücündə zəlzələdə yaranan qüvvəyə bərabər hesab edir. Mütəxəssislərin fikrincə, faciəli hadisə nüvə olmayan ən böyük partlayışlardan biridir.

Xəritədəki tünd qırmızı rənglər daha çox zərər görən yerləri göstərir. Verilən açıqlamaya görə, hər rəngli piksel təxminən 30 metr məsafəni göstərir. Sarı hissələr nisbətən daha az zərər görən yerlərdir. Ümumi mənzərəyə baxdıqda partlamanın nə qədər böyük bir sahəyə təsir etdiyi aydın olur.(News24.az)

Mənbə: sonxeber.az