Yaxşı qaralmaq üçün...

Mütəxəssislərin fikrincə, yayda yaxşı qaralmaq üçün ərik və qarpız daha çox faydalıdır. Eyni zamanda qoruyucu kosmetik vasitələrdən istifadə etmək də məsləhət görülür.

Artıq çimərliklərə qoyulan qadağa aradan qaldırılıb və hamı günəş şüaları altında zaman keçirməyə tələsir. Ancaq günəş şüaları altında sağlam qaralmaq üçün qaydalara əməl etmək lazımdır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki,həkim dermatoloq İrina Kotova bildirib ki, Günəşin daha aktiv olduğu saatlarda saat 12.00-15.00 arası günəş şüaları altında qalmaq olmaz.

Eyni zamanda qoruyucu kosmetik vasitələrdən istifadə etmək də məsləhət görülür.

"İlk günlər günəş vannası qəbul edərkən SPF 50 və daha yüksək faizli kremlərədn istifadə edin. Kremi bütün bədəninizə çəkin", - deyən ekspert vurğulayıb ki, üzün dərisi ultrabənövşeyi şüalara həssas olduğu üçün başla üzü gün şüalarından qoruyacaq papaqlardan qoymaq lazımdır.

Mütəxəssislərin fikrincə, yayda yaxşı qaralmaq üçün ərik və qarpız daha çox faydalıdır.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Regionumuzun cəmi 24 nəfərlik ən kiçik etnik qrupu

SONRAKI XƏBƏR

"Partiyaların qeydiyyata alınması bizdə həvəs yaradıb" - Gələcək Azərbaycan Partiyası”