ABŞ-da 3D-printerdə çap edilən ev - 45% UCUZ QİYMƏT

ABŞ-da 3D-printerdə çap edilən ev - 45% UCUZ QİYMƏT

«Mighty Buildings» startapı mənzilləri və evləri 3D-printerində çap edəcək. Bü üsulla tikilən evlər 45% ucuz başa gəlir. Startap bir neçə investordan 30 milyon dollar investisiya cəlb edib.

FED.az xəbər verir ki, «Mighty Buildings» şirkəti 3D-çap vasitəsilə müxtəlif ölçülü - studiyadan tutmuş dördotaqlı evədək yaşayış yerləri çap etmək niyyyətindədir. Belə evlərin qiyməti 115-282 min dollar arasında dəyişir ki, bu da ənənəvi üsulla tikilən evlərdən 45 ucuz başa gəlir (Söhbət ABŞ-ın əmlak bazarından gedir).

Üstəlik yeni texnologiya imkan verir ki, evlər ənənəvi üsuldan 2 dəfə daha sürətli tikilsin, evin tikintisində istifadə olunan işçi qüvvəsi 20 dəfə, yaranan tullantılar isə 10 dəfə azdır.

Məsələn 3D-çap vasitəsilə 32 kvadrat metrlik studiyanın «çap edilməsi» bir sutkadan az vaxit aparır.

Şirkətin yeni texnologiyası tikinti prosesini 80% avtomatlaşdırmağa imkan verir. Üstəlik, bu zaman evlərə elə formalar vermək olur ki, ənənəvi üsulla bu çox çətindir və ya ümumiyyətlə mümkün deyil.

Mənbə: fed.az