Alimlər koronavirusdan ən yaxşı qoruyan maskanı açıqladılar

Alimlər koronavirusdan ən yaxşı qoruyan maskanı açıqladılar

Koronavirus səbəbilə bir çox ölkədə taxılması məcburi hal alan maskalarla əlaqədar ABŞ-da araşdırma aparılıb.

Yenisabah.az xəbər verir ki, araşdırmanı Duke Universitetinin alimləri edib. Onlar 14 fərqli maska növünü sınaqdan keçirərək ən ideal maskanı tapıblar.

Son nəticələrə görə, əsasən, səhiyyə işçiləri tərəfindən istifadə olunan N95 tipli maskalar ən yaxşı maska hesab edilir.

Bildirilir ki, üçqatlı cərrahi maskalar və evdə hazırlanan pambıqlı maskalar yaxşı qoruyucu xüsusiyyətinə malik olan digər məhsullardır.

Mənbə: yenisabah.az