“ABŞ-dakı koronavirus testləri tamamilə yararsızdır” - Bill Qeyts

“ABŞ-dakı koronavirus testləri tamamilə yararsızdır” - Bill Qeyts

"ABŞ-dakı koronavirus testləri tamamilə yararsızdır".

Yenisabah.az xəbər verir ki, bunu "Microsoft"un qurucusu məşhur biznesmen Bill Qeyts açıqlayıb.

İllərlə ABŞ-ın böyük bir virusa hazırlıqsız olduğunu dilə gətirən Bill Qeyts bu testlərdə böyük bir problem olduğunu qeyd edir. Onun sözlərinə görə, test nəticələrinin çıxması çox vaxt alır. Onun fikrincə, gec əldə olunan test nəticələrinin heç bir işə yaramır.

O, həmçinin "Facebook"un baş direktoru Mark Zukerberqin sosial şəbəkədə koronavirus haqqındakı səhv məlumatlarla mübarizə aparmaq üçün daha çox işləməli olduğunu bildirib:

"Markı sevirəm, çox yaxşı dəyərlərə sahib olduğunu düşünürəm, ancaq o və mən eyni fikirdə deyilik".

Bill Qeyts COVID-19-la mübarizə çərçivəsində indiyədək milyonlarla dollar xərcləyib. COVİD-19-un başlanğıcından bəri Bill və Melinda Qeyts Vəqfi test və vaksin araşdırmalarına böyük ölçüdə maliyyə ayırıb.

Mənbə: yenisabah.az