İsraildə Çin vətəndaşı üçün qızıl və brilyantdan tibbi maska hazırlanır

İsraildə Çin vətəndaşı üçün qızıl və brilyantdan tibbi maska hazırlanır

 

Bakı, 10 avqust, AZƏRTAC

İsraildə 18 karatlıq ağ qızıldan və 3600 ədəd brilyantdan qoruyucu maska hazırlanır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qiymətli metal və daşlardan hazırlanacaq maskanın dəyəri təxminən 1,5 milyon dollar həcmində qiymətləndirilir. Onun hazırlanmasında ağ və qara brilyantlardan istifadə ediləcək. Bundan başqa, həmin maska yüksək keyfiyyətli N99 filtri ilə təchiz olunacaq.

Maskanı ABŞ-da yaşayan çinli tərəfindən sifariş edildiyi bildirilir.

AZERTAG.AZ :İsraildə Çin vətəndaşı üçün qızıl və brilyantdan tibbi maska hazırlanır

Mənbə: azertag.az