İsrail şirkətləri Yunanıstanın zirehli maşın istehsal edən “Hellenic Vehicle Industry” şirkətini almaq istəyir

İsrail şirkətləri Yunanıstanın zirehli maşın istehsal edən “Hellenic Vehicle Industry” şirkətini almaq istəyir

İsrailin “SK Group” və “Plasan” şirkətləri Yunanıstanın Selanik şəhərində yerləşən hərbi nəqliyyat vasitələri istehsalçısı “Hellenic Vehicle Industry” şirkətinin 90% -ni əldə etmək niyyətindədirlər. Ordu.az xəbər verir ki, bu barədə Yunanıstanın “Greek Reporter” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

Yunanıstan şirkəti “Steyr” yük maşınları və ölkədə lisenziya ilə istehsal olunan “Jeep Mercedes-Benz G-Class” hərbi maşınları istehsal edib.

Şirkət eyni zamanda Avstriya, Boliviya, Kipr, Yunanıstan və Nigeriyada istifadə olunan “Leonidas” zirehli personal daşıyıcısını da istehsal edib.

 

Mənbə: ordu.az