Cənub Koreya daha çox ballistik raket daşıyan sualtı gəmi inşa etmək niyyətindədir

Cənub Koreya daha çox ballistik raket daşıyan sualtı gəmi inşa etmək niyyətindədir

Cənubi Koraya növbəti 5 il ərzində ölkənin müdafiə qabiliyyətlərini artırmaq üçün uzun müddətli təşəbbüsün bir hissəsi olaraq daha çox ballistik raket daşıya bilən sualtı gəmi inşa etməyi planlaşdırır. Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yeni inşa ediləcək gəmi ölkə donanmasının altı buraxılış qurğusuna malik “Dosan” sualtı qayıqlarına nisbətən daha çox ballistik raket daşımağa qadir olacaq.

“Yonhap” agentliyi yazır ki, yeni sualtı qayıqların dizel yanacağı əvəzinə nüvə enerjisi ilə təchiz olunma ehtimalı var. Qeyd edək ki, nüvə ilə işləyən sualtı qayıqlar dizel sualtı qayıqlardan daha güclü hesab olunur, çünki onlar su altında daha uzun müddət qala, həm də daha sürətli hərəkət edə bilərlər.

 

Mənbə: ordu.az