Hindistan zirehli personal daşıyıcısı almaq niyyətindədir

Hindistan zirehli personal daşıyıcısı almaq niyyətindədir

Hindistan Şərqi Ladax kimi yüksək hündürlüyə malik ərazilərində xidmət edən hərbi qulluqçular üçün yüksək səviyyəli zirehli personal daşıyıcıları əldə etmək niyyətindədir. Ordu.az xəbər verir ki, Hindistan hökuməti ABŞ istehsalı “Stryker” və “Humvee” ilə yerli “Tata” maşınları arasında seçim edəcək.

Məlumata görə, hazırda seçimlər Hindistan hərbi rəsmiləri tərəfindən qiymətləndirilir və yaxın zamanda qərar veriləcək.

Mənbələr daxili platformanın ordunun tələblərinə cavab vermədiyi təqdirdə qiymətləndirmə prosesində xarici məhsullara üstünlük veriləcəyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az