Yeni "Rolls-Royce Ghost"un mühəndislik nailiyyətləri - VİDEO

Yeni "Rolls-Royce Ghost"un mühəndislik nailiyyətləri - VİDEO

Qudvudvuddan olan ilk Ghost, öz avtomobillərini tamamilə fərqli istifadə edən Rolls-Royce müştərilərinin xüsusi seqmentinin zövqlərini əks etdirdi. Onlara həm sürücü ilə hərəkət zamanı qüsursuz komfort, həm də müstəqil sürüş üçün parlaq, dinamik xarakter təmin edə bilən Rolls-Royce tələb olunurdu. 2009 - cu ildə ilk Ghost bazara çıxdıqda, onun müştəriləri – sahibkarlar, müəssisə rəhbərləri, şirkət təsisçiləri yekdilliklə etiraf etdilər: brend onların istəklərini mükəmməl şəkildə tarazlaşdıran bir məhsul yaratdı.

Bu tələblərə cavab vermək üçün Rolls-Royce mühəndisləri əvvəllər mövcud olan platformadan istifadə etməkdən imtina etdilər. Əsas olaraq onlar markanın patentləşdirilmiş məkan çərçivəsinin arxitekturasını götürmüş və tam ötürücü və tam idarə olunan şassi əlavə etmək üçün onun konfiqurasiyasını dəyişdirmişlər. Onun quruluşu həmçinin Rolls-Royce-nin “uçan xalça”da uçuş hissini bəxş edən hərəkətin daha mükəmməl dinamikasını və rahatlığını təmin edəcək yeni texnologiyalar üçün uyğunlaşdırılıb.

Əsas hazırlama üç elementdən ibarət olan Planar sistemi oldu. Birincisi, ön asqının üzərində quraşdırılmış və daha sabit və asan sürüşməni təmin edən yuxarı eninə qolu ilə dempferdir. Bu qlobal bir yenilikdir - üç illik inkişafın nəticəsi olaraq, texnologiya dünyada ilk dəfə olaraq avtomobildə tətbiq olunur. İkinci element - Flagbearer sistemidir, hansı ki, qabaqda yol haqqında məlumatları oxumaq üçün kameralardan istifadə edir və yol örtüyünün istənilən dəyişməsinə asqı sistemini hazırlayır. Üçüncü element, qarşıdan gələn döngələr üçün optimal ötürülməni əvvəlcədən seçmək üçün GPS məlumatlarını istifadə edən peyk rabitə sistemidir.

Planar sistemi yeni Ghost’a ən tələbkar yol örtüyünü belə qabaqcadan görməyə və ona vaxtında reaksiya verməyə imkan verir. Yeni Ghost mühəndis layihələndirməsi zamanı şassi və asma üzrə mütəxəssislər mütəmadi olaraq öz texniki nailiyyətlərini digər şöbələrə təqdim edir, bu layihələrin sifarişçilərin səsləndirdiyi tələbləri yerinə yetirməyə necə imkan verəcəyini əsaslandırırdılar. Rolls-Royce markası bu daxili müzakirələrin elementlərini animasiya filmində paylaşmaq qərarına gəldi ki, yeni Ghost’un texniki tərkib hissəsini nümayiş etdirsin. Modelin dünya premyerası payızda keçiriləcək.

Yeni Ghost mühəndislər komandasının rəhbəri Conatan Sims (Jonathan Simms) deyir: "Ghost sahibləri bizə bu qarajda ən cəlbedici avtomobil olduğunu söylədilər. Onlar onun sadə müxtəlifliyini sevirlər. O, idman avtomobili olmağa çalışmır, yüksək manifest olmağa çalışmır – o, sadəcə müstəsna və olduqca sadədir. İnanılmaz dərəcədə uğurlu sələfindən üstün olacaq yeni bir Ghost-un hazırlanması vaxtı gələndə mühəndis heyəti sıfırdan başlamalı idi. Memarlığımızı növbəti səviyyəyə qaldırdıq və daha da dinamik, daha dəbdəbəli və ən əsası, daha asan nəqliyyat vasitəsi yaratdıq."

Brend bu fikirləri məşhur illüstrator Çarli Devisin yaratdığı qısametrajlı animasiya filmində əks etdirib. Bundan əlavə, Rolls-Royce Yeni Ghost konsepsiyasının xüsusiyyətlərini və mühəndislik mahiyyətini açıqlayan beş seriyadan ibarət öz podkastını təqdim etdi. Podkast Londonun Victoria & Albert Muzeyində 20-ci əsrin müasir dizaynı və müasir mebel və məhsul dizaynı kuratoru Johanna Agerman Ross tərəfindən aparılır. Podkastlar Apple, Google, Spotify və Deezer-də mövcuddur.

BAKU.WS

Mənbə: baku.ws