ABŞ HHQ B-52 döyüş təyyarəsini yeni raketlə sınaqdan keçirib

ABŞ HHQ B-52 döyüş təyyarəsini yeni raketlə sınaqdan keçirib

ABŞ Hərbi Hava Qüvvələri arsenlında olan “Boeing” istehsalı B-52 “Stratofortress” uzunmənzilli strateji döyüş təyyarəsini sınaqdan keçirib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq zamanı döyüş təyyarəsinin qanadının altına AGM-183A raketi quraşdırılıb.

Sınaq zamanı raketlər GPS məlumatlarını yerdəki stansiyaya uğurla ötürüb.

“Lockheed Martin” tərəfindən istehsal olunan AGM-183A raketləri 2022-ci ilə qədər əməliyyat qabiliyyətinə çatdırılacaq.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az