Cənubi Koreya “Dəmir günbəz” sisteminə bənzər yeni HHM sistemi istehsal etmək niyyətindədir

Cənubi Koreya “Dəmir günbəz” sisteminə bənzər yeni HHM sistemi istehsal etmək niyyətindədir

Cənubi Koreya yaxın gələcəkdə KXDR-nin raket və artilleriya təhdidlərinə qarşı müdafiəni təşkil edə biləcək İsrailin “Dəmir günbəz” sisteminə bənzər yeni hava hücumundan müdafiə sistemi istehsal etmək niyyətindədir. Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “The Korea Herald” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, HHM sisteminin istehsalına yaxın 5 ildə başlanılacaq.

“Dəmir günbəz” bütün hava şəraitində, o cümlədən buludlu, yağış, toz fırtınaları və ya dumanlı havada qısa mənzilli raketlərə və 155 mm artilleriya mərmi təhdidlərinə qarşı effektiv və yenilikçi mobil müdafiə platformasıdır.

Cənubi Koreya yeni HHM sistemini 2030-cu ilin sonlarında əldə etməyi düşünür.

 

Mənbə: ordu.az