Bəhreyn donanması Britaniyadan patrul gəmisi alıb

Bəhreyn donanması Britaniyadan patrul gəmisi alıb

Bəhreyn Dəniz Qüvvələri Böyük Britaniyadan “River” sinfinə məxsus patrul gəmisi satın alıb. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “BNS Əl-Zubarah” adı verilən patrul gəmisi artıq Bəhreyn donanmasına təhvil verilib.

Gəmi əvvəllər “HMS Clyde” (P 257) adı ilə Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrində xidmət edib. Atlantik okenaın cənubunda istifadə edilməsi üçün nəzərdə tutulan gəmi 2007-ci ildə istifadəyə verilib.

Patrul gəmisinin yerdəyişməsi təxminən 2 min ton, uzunluğu 82 metrdir. Gəmidə AW101 “Merlin” helikopterinə uyğun uçuş-enmə zolağı da mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az