Albaniya ABŞ-dan “Puma” kəşfiyyat PUA-ları satın alacaq

Albaniya ABŞ-dan “Puma” kəşfiyyat PUA-ları satın alacaq

Albaniya ordusu ABŞ-dan altı ədəd kiçik RQ-20B “Puma” kəşfiyyat PUA-sı və əlaqəli kəşfiyyat avadanlıqları alacaq. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, PUA-lar piyada, xüsusi bölmələrdə və donanmada kəşfiyyatı üçün istifadə olunacaq.

Yeni nəsil RQ-20B PUA-ları “AeroVironment” şirkəti tərəfindən istehsal olunur. Çəkisi 6,3 kilo ağırlığındadır və 85 km/saata qədər sürətlə uçur.

PUA-ların idarə edilməsi və məlumatların qəbulu üçün yer stansiyasından ən uzun məsafə 20 kilometr, daha güclü bir antena ilə isə 60 kilometrdir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az