Bu avtomobilin istehsalı dayandırılır

Bu avtomobilin istehsalı dayandırılır

Ferrari şirkəti SF90 Stradale avtomobilinin istehsalını dayandırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, buna səbəb koronavirusun yaratdığı böhran olub və müvəqqəti xarakter daşıdığı bildirilib. Qeyd edək ki, sözügedən modelin hazırlanmasına ən tezi bu ilin sonunda başlanılacaq. Gecikmə ehtiyat hissələrin idxalında yaranan problemlərlə əlaqələndirilib.

Qeyd edək ki, modelin mühərriki 3 elektrikli motorla işləyir. 7.9 kVt/saat batareyalarla təchiz edilən model 220 at gücünə sahibdir.

Milli.Az

Mənbə: news.milli.az