Məşhur analitik Trump-ın qərarının texnoloji satışlara təsirini şərh etdi

Məşhur analitik Trump-ın qərarının texnoloji satışlara təsirini şərh etdi

Məşhur analitik Ming-Chi Kuo-nun fikrincə, ABŞ prezidenti Donald Trump-ın TikTok və WeChat-ı qadağan edən qərarları gələcəkdə iPhone satışları üçün ciddi təhlükə yaradacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, TF International Securities şirkətində çalışan analitikin fikrincə, bu qərar Çinin Tencent formasını hədəf alıb. O bildirib ki, bu embarqo iki ssenaridən birini həyata keçirir:

WeChat App Store-nin xidmət etdiyi bütün ölkələrdən silinsə, iPhone satışları 25-30% aşağı düşəcək. Bununla yanaşı, AirPods, iPad, Apple Watch və Mac satışlarında da 15-25% azalma gözlənilir.

Digər ssenari isə WeChat-ın yalnız ABŞ üçün hazırlanan Apo Store-dən silinməsi ilə bağlıdır. Kuo-nun fikrincə, tətbiq qlobal embarqoya məruz qalmadan və yalnız ABŞ-da qadağan olunsa, iPhone satışları 3-6% ziyanla qurtula biləcək.

Qeyd edək ki, Apple-ın gəlirinin 15%-i təmin edən Çin onun bazar payında önəmli rol oynayır.

Mənbə: news.milli.az