Qərb mediası Rusiyanın vaksin kəşfinə ŞÜBHƏ EDİR

Qərb mediası Rusiyanın vaksin kəşfinə ŞÜBHƏ EDİR

Dünən Rusiya prezidenti Vladimir Putin ölkəsində COVID-19-a qarşı ilk vaksinin hazırlandığını elan edib.

Modern.az CNN-ə istinadən xəbər verir ki, vaksinin yaradılması barədə açıqlama xarici ekspertlərdə ciddi maraq doğurub. Putin çıxışında öz qızına da vaksinin vurulduğunu, ancaq prosesin tam yekunlaşmadığını qeyd etmişdi.

Rusiyalı alimlər vaksini 1957-ci il Sovetlər Birliyinin kosoma göndərdiyi süni peykin şərəfinə “Sputnik V” adlandırıblar. Alimlərin aylarla insanlar üzərində vaksini test etməsinə baxmayaraq, həlledici mərhələyə yalnız Putinin dünənki açıqlamasından sonra başlayıblar.

Bu gün isə yalnız Rusiyada deyil, bir sıra Yaxın Şərq və Latın Amerikası ölkələrində də 2 mindən çox insan üzərində vaksinin 3-cü mərhəsinin sınaqlarına başlanıldığı qeyd edilib. Adətən, bu mərhələ həlledici olduğu üçün eyni vaxtda on minlərlə insan sınaqda iştirak edir.

CNN-nin rəyini soruşduğu ekspertlərin fikrincə, “Sputnik V” vaksinin nə dərəcədə təhlükəsiz olması barədə dəqiq bir cavab demək çətindir. Rusiya vaksin təhlükəsizliyi barədə hər hansı bir statistik məlumat paylaşmayıb və sadəcə birinci və ikinci sınaq mərhələrində könüllülər üzərində aparılan testlərdən sonra heç bir gözlənilməz əks-təsirin olmadığını açıqlayıb.

Nottinqem Universiteti Yoluxucu Xəstəliklərin Epidemalogiyası kadefrasının fəxri profesoru Keis Nil isə CNN-nə 3-cü mərhələnin nəticələrindən xəbərdar olmadan təhlükəsizlik barədə bir mülahizə dilə gətirməyin doğru olmadığını vurğulayıb.

Alim vaksinin insanları infeksiyadan qoruyub qorumadığı barədə də dəqiq fikir səsləndirməyib. Ancaq vaksinə həsr olunmuş rəsmi sayta əsasən, “Sputnik V” test edilən könüllülərdə güclü antikor və hüceyrə əsaslı immunitet reaksiyasına səbəb olur. Bu səbəbdən iştirakçılardan heç biri peyvəndin vurulmasından sonra virusa yoluxmayıb.

Vaksin effektiv olduğu təqdirdə belə, onun nə qədər davam edəcəyi də hələ məlum deyil. Qərb mediası dünya səhiyyəsində və mediasında “Sputnik V” vaksini ilə bağlı yaranış suallara sınaqların 3-cü mərhələ yekunlaşdıqdan sonra aydınlıq gətirələcəyini təxmin edir.

Mənbə: modern.az