Cənubi Koreyanın 5 illik müdafiə planı

Cənubi Koreyanın 5 illik müdafiə planı

Avqustun 10-da Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi 2021-2025-ci illər üçün beşillik orta müddətli müdafiənin inkişaf planını təqdim edib. Plan bu müddət ərzində Cənubi Koreyanın hərbi ehtiyaclara cəmi 300,7 trilyon von (təxminən 250 milyard dollar) xərcləməsini nəzərdə tutur.

Planda, həmçinin Cənubi Koreyanın 50.2 trilyon von (42 milyard dollar) olan hazırkı müdafiə büdcəsinin mərhələli şəkildə 2025-ci ildə 67.6 trilyon vona (57 milyard dollar) qədər artırılmasını ehtiva edir.

Eyni zamanda, beş il ərzində satınalma və elmi-tədqiqat işləri üçün ümumi xərclərin 100,1 trilyon von (85 milyard von) olması nəzərdə tutulub.

Plana əsasən Cənubi Koreya silahlı qüvvələrinin şəxsi heyəti 2022-ci ilin sonunadək 555 min nəfərdən 500 min nəfərə qədər endiriləcək. Quru qüvvələrində iki ordu korpusu və üç piyada diviziyası ləğv ediləcək, Hərbi Hava Qüvvələri və Dəniz Qüvvələri bir qədər artırılacaq. Eyni zamanda, silahlı qüvvələrin mülki işçilərinin sayının 47 min nəfərdən 2025-ci ildə 60 min nəfərədək artırılması planlaşdırılır.

Qanadlı və ballistik raketlərin sayının əhəmiyyətli dərəcədə artması, çoxsəviyyəli raketdən müdafiə sisteminin yaradılması və raket hücumu barədə xəbərdarlıq sisteminin yaradılması əsas prioritetlər sırasındadır.

Quru Qüvvələri üçün K2 tankları, K806/K808 təkərli zirehli personal daşıyıcıları və yeni yüngül döyüş helikopterlərinin alınması planlaşdırılır.

Planda modernləşdirilmiş 155 mm-lik özüyeriyən K9A1 haubitsaları, 230 mm-lik YARS-lar üçün raketlər, həmçinin yeni əməliyyat-taktiki raketlər, o cümlədən betondələn döyüş başlıqlarının hazırlanması nəzərdə tutulur.

Dəniz aviasiyası üçün patrul təyyarələrinin və uzun mənzilli patrul PUA-larının alınması həyata keçiriləcək və dəniz piyadaları üçün zirehli personal daşıyıcıları inkişaf etdiriləcək.

Hərbi Hava Qüvvələri üçün yerli resurslar hesabna inkişaf etdirilən KF-X qırıcılarının seriya istehsalına başlamaq planlaşdırılır.

2020-ci illərin ortalarından etibarən peyklərin milli kosmik naviqasiya sisteminin (GPS analoqu) orbitə çıxarılması və 2030-cu illərin ortalarına qədər istifadəyə veriləməsi əsas hədəflərdən biridir.

Dəyanət Ağalarlı
Ordu.az

 

Mənbə: ordu.az