Nəhəng dövlətləri düşmən edən TikTok istifadəçilərini bu cür qoruyurmuş

Nəhəng dövlətlər arasında intriqa obyektinə çevrilən TikTok son günlər güvənlik məsələləri ilə aktualdır. Çoxları platformanın kifayət qədər təhlükəsiz olmadığını, istifadəçi məlumatlarının oğurlandığını bildirirlər.

Maraqlıdır, TikTok istifadəçilərin təhlükəsizliyi üçün nələr edir?

Milli.Az ted.az-a istinadən bildirir ki, platforma istifadəçilərə nələrin icazə verilib-verilmədiyini rəsmi veb-saytında açıqlayıb. Veb-saytın məlumatına görə, istifadəçi qaydalarını pozan səbəblər aşağıdakılardır:

-Terror, cinayət və digər davranışları təbliğ edən paylaşımlar;
-Silah və narkotik maddə, həmçinin qanunla qadağan edilən digər vasitələrin təbliği;
-Şiddət təbliğ edən davranışların nümayişi;
-Təhlükəli mərasimləri, şəxsin özünə zərər verməsi və intiharı təbliğ edən paylaşımlar;
-Nifrət aşılayan paylaşımlar;
-Təcavüz, aşağılayıcı ifadələr, əxlaqsızlıq təbliğ edən paylaşımlar;
-Uşaq istismarını əks etdirən videolar;
-Spam göndərmə, dezinformasiya yayma kampaniyaları.

TikTok bu qaydalara zidd olan paylaşımları avtomatik silir. Bu hal təkrarlandıqda isə hesabı bloklayır. TikTok-da mütəmadi olaraq hesabların qaydalara əməl etdiyini yoxlamaq üçün tətbiqlər mövcuddur.

Son göstəricilərə görə, TikTok istifadəçi qaydalarını pozduğu üçün 2019-cu ildə 49.247.689 videonu silib. Bu sayın platformadakı ümumi video sayının 1%-dən belə az olduğu deyilir. Silinən videoların 98,2%-i sistem tərəfindən avtomatik aşkarlanıb. Onların 89,4%-i isə hələ heç kim izləmədən platformadan silinib.

Bununla yanaşı TikTok-da qeydiyyatdan keçmək üçün istifadəçi yaşı 13-dən çox olmalıdır. Yaşı 16-dan az olanlara isə mesaj icazəsi verilmir. Platformanın digər funksiyası ilə isə valideynlər övladlarının hesablarını öz hesabları ilə əlaqələndirə bilirlər. Bu daha rahat nəzarətə imkan verir.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Saxta hesabından özünə şərh yazdı - FOTO

SONRAKI XƏBƏR

Yamaha "su" ilə dəstəklənən zəncirsiz motosiklet üzərində işləyir