Koronavirusun müalicəsində radiasiyanın rolu

ABŞ və Kanadadan olan alimlər koronavirus infeksiyasının ionlaşdırıcı şüalanmaya əsaslanan metoddan istifadə edərək müalicəsini təklif edib.

Publika.az xəbər verir ki, Kanadadakı Ceka Adi Xərçəng Mərkəzinin Tibbi Fizika şöbəsinin alimləri aşağı dozalı rentgen şüalarının sətəlcəmdən ölümləri orta hesabla 20% azaltmaq qabiliyyətini bildirib.

“Sətəlcəm alveolalar iltihablandıqda və maye ifraz etdikdə qaz mübadiləsi funksiyasını pozan zaman infeksiyaya immun reaksiya olaraq meydana gəlir. Viral infeksiyada immun hüceyrələr iltihablı sitokinlər və kemokinləri sintez etmək üçün buraxılır. Bu halda aşağı dozada şüalanma iltihab əleyhinə təsir göstərir” , - tədqiqatçılar açıqlamada qeyd ediblər.

Öz növbəsində, ABŞ-da bu üsulu koronavirus xəstələrinə xəstəxanada sınayıblar. Bu müalicəni alanlar daha tez sağalıb. Lakin tədqiqatçılar qeyd edirlər ki, bu metodun nəticələri hələ tam öyrənilməyib.

Digər alimlər aşağı dozalı radiasiya terapiyasının COVİD-19-da iltihabı azalda biləcəyinə inanır, eyni zamanda koronavirusla mübarizə üçün lazım olan immun sisteminin B və T hüceyrələrini öldürə bilər.

Aytən Məftun

 

 

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanın koronavirusa qarşı peyvəndinin yanaşı təsirləri – halsızlıq, qızdırma, baş ağrısı...

SONRAKI XƏBƏR

Litva Prezidentindən Lukaşenkonu qəzəbləndirəcək sözlər