Rusiyanın koronavirusa qarşı peyvəndinin yanaşı təsirləri – halsızlıq, qızdırma, baş ağrısı...

Rusiyanın koronavirusa qarşı peyvəndinin yanaşı təsirləri – halsızlıq, qızdırma, baş ağrısı...

Rusiya alimləri koronavirusa qarşı peyvəndin hazırlanmasında dünyada birinci olublar. Onlar artıq peyvəndin kütləvi şəkildə istehsalının başlanması haqqında məlumat veriblər. Lakin hər şey göründüyü kimi uğurlu deyil.
Bir çox Rusiya alimləri peyvəndi təhlükəli hesab edir və peyəndin üzərində işi davam etdirməyə çağırırlar. Belə ki, tanınmış rusiyalı mikrobioloq, akademik professor Viyaliy Zverev müsahibələrin birində jurnalistin “özünüzə bu peyvəndi vurduracaqsınızmı?” sualına “Heç vaxt!” cavab verib. Alimin sözlərinə görə, peyvənd hələ tam şəkildə sınaqlardan keçməyib, yaxşı öyrənilməyib və bu səbəbdən kütləvi vaksinasiyaya çağırmaq düzgün deyil. "Bu yalnız 2021-ci ilin sonuna qədər mümkün ola bilər", - Zverev deyib.
“Mənim fikrimə görə, vaksinasiya ilə bağlı vəziyyət artıq siyasiləşdirilib və onun koronavirusla mübarizə ilə heç bir əlaqəsi yoxdur”, - alim bildirib.
Peyvəndi sintez edən Rusiyanın Qamaleya Mərkəzinin alimləri də etiraf edirlər ki, yeni vaksin müəyyən yanaşı təsirlər verə bilir.
Axin.az "Фонтанка" nəşrinə istinadla bildirir ki, vaksin vurulmuş könüllülərdə 144 yanaşı təsir üzə çıxıb. İynənin vurulduğu yerdə ağrı, ödem, qaşınma, yerli hərarətin artması kimi yanaşı təsirlər qeydə alınıb.
“Ümumi” yanaşı təsirlər arasında: halsızlıq, hərarətin artması, iştahanın itməsi, baş ağrısı, ishal, boğaz və udlaqda ağrılar, burun tutulması, zəiflik, boğazda qıcıqlanma, burun axması və s.
Vaksinin yaşa görə də məhdudiyyəti var. Vaksin yalnız 18-60 yaş arasında olan insanlara vurula bilər.

Mənbə: axin.az