Rusiya donanmasının “Marşal Şapoşnikov” freqatı dəniz sınaqlarını davam etdirir

Rusiya donanmasının “Marşal Şapoşnikov” freqatı dəniz sınaqlarını davam etdirir

Rusiya Hərbi Dəniz Qüvvələri Sakit Okean Donanmasının “Marşal Şapoşnikov” (Proyekt 1155M) freqatı dəniz sınaqlarını davam etdirir. Ordu.az “TASS” agentliyinə istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas sürət qurğusu, sistem və mexanizmlərinin müxtəlif rejimlərdə, o cümlədən maksimum sürətlə işləməsi yoxlanılır.

Gəmiyə quraşdırılmış “Kalibr” və “Uran” qanadlı raketləri də sınaqdan keçiriləcək.

Gəminin təkmilləşdirilməsi Rusiyanın Uzaq Şərqində yerləşən Vladivostokdakı Dalzavod Gəmi Təmiri Mərkəzində aparılır.

Sınaqların növbəti mərhələlərində “Ka-27” helikopterlərinin freqatın göyərtəsinə uçuş və enişləri həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az