“Instagram” “şübhəli” hesablardan pasport və digər sənədlər soruşmağa başlayacaq

“Instagram” “şübhəli” hesablardan pasport və digər sənədlər soruşmağa başlayacaq

“Instagram” “şübhəli davranan” hesablardan pasport və digər sənədlər soruşmağa başlayacaq. Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, “bununla hansı hesabların izləyicilərini aldatmaq istədiyini başa düşəcəyik və onları məsuliyyətə cəlb edə biləcəyik”, – deyə sosial şəbəkənin mesajında deyilir.

Bildirildiyi kimi, “şübhəli” hesabın tədqim etdiyi sənəd ya dövlət standartlarına uyğun olmalılıdır, ya da qeyri-hökumət təşkilatı tərəfindən verilməlidir. Bəzi hallarda selfi şəkillərinə ehtiyac yarana bilər.

“Biz sənədin yoxlanılması üçün lazım olmayan bütün məxfi məlumatları (məsələn, VÖEN və ya sosial sığorta nömrəsi) gözardı edirik. İstifadəçi sənədin şəklini göndərməzdən əvvəl bizə lazım olmayan məlumatları gizlədə bilər”, – şirkət əlavə edir.

Təsdiq üçün birinci qrupdan bir sənəd göndərməyiniz kifayət edir: doğum və ya evlilik şəhadətnaməsi, sürücülük vəsiqəsi, pasport. Əgər bunların heç biri yoxdursa, ikinci qrupdan iki sənəd təqdim edə bilərsiniz: bank çıxarışı, səyahət bileti, çek kitabçası, kredit kartı və s. Bu halda hər iki sənədin üzərində ad, soyad, ata adı və fotoşəkil olmalıdır.

Qeyd edildiyi kimi, ilk növbədə botlar yoxlanılacaq. Şəxsiyyətini təsdiq etmiş istifadəçinin hesabı həmişəki qaydada işləməyə davam edəcək. Sənədlərin yoxlanılması prosesi başa çatdıqdan sonra bir ay ərzində sosial şəbəkənin arxivlərində saxlanılacaq. Əgər istifadəçi şəxsiyyətini təsdiq etməkdən imtina etsə, onun hesabı bağlana və ya məhdudlaşdırıla bilər.

Mənbə: banker.az