“Akıncı” PUA-sının ikinci prototipinin ilk uçuşu həyata keçirilib - VİDEO

“Akıncı” PUA-sının ikinci prototipinin ilk uçuşu həyata keçirilib - VİDEO

Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli resurslar hesabına istehal edilən “Akıncı” hücum PUA-sının ikinci prototipinin ilk uçuşu həyata keçirilib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin sosial media hesabında məlumat yayılıb.

Şirkətin rəsmisi Selçuk Bayraktarın rəhbərlik etdiyi sınaq uçuşu zamanı PUA 1 saat 2 dəqiqə havada qalıb və sınaq uçuşu uğurla başa çatıb.

Bildirilir ki, PUA-nın sınaqları istehsal edilən ilk iki prototiplə davam edəcək.

Qeyd olunur ki, “Akıncı” PUA layihəsinin ilk tədarükünün ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır. Layihənin üçüncü prototipinin inteqrasiya prosesi davam edir.

“Akıncı” PUA-sı ilk uçuşunu ötən ilin dekabr ayının 6-da həyata keçirib. İlk uçuş zamanı PUA 16 dəqiqə havada qalıb. Prototipin ikinci uçuşu isə yanvar ayının 10-da baş tutub, həmin uçuş zamanı PUA 1 saatdan artıq havada qalmışdı.

 

Mənbə: ordu.az