Səhv hesab etdiyimiz yeddi SAĞLAMLIQ MİFİ

Səhv hesab etdiyimiz yeddi SAĞLAMLIQ MİFİ

Sağlamlıq üçün əvəzsiz hesab etdiyiniz şeylərin əslində əfsanə olduğunu bilirdinizmi?

Lent.az xarici KİV-ə istinadən 7 sağlamlıq mifini təqdim edir:

Yumurta ürəyə zərərlidir!

Gündə 1 yumurta yemək ürək xəstəliyi riskini artırmır. Bəli, yumurta sarısında xolesterol var, lakin çoxumuz üçün bu hər hansı bir qidada olan miqdardadır. Üstəlik, yumurtalarda ürək xəstəliyi riskini azalda biləcək qidalardan biri olan Omega 3 var.

Gündə 8 stəkan su içmək!

Suyun qədərini saymağa ehtiyac yoxdur. Tədqiqatlar göstərir ki, susuz qaldıqda bir stəkan su içən insanlar sağlamlıqlarını qoruya bilər. Su ilə yanaşı, şorba, meyvə və tərəvəz kimi maye ilə zəngin qidalar, meyvə suyu, çay və qəhvə kimi içkilər su ehtiyacını ödəməyə kömək edə bilər. Burada ən vacib məqam tualetə çox az getməyiniz və sidiyinizin tünd sarı olmasıdır. Bu əlamətlər vücudunuzun susuzlaşmasının ən vacib göstəricisidir.

Barmaqları şaqqıldatmaq sümük əriməsi və ya artritə səbəb ola bilər.

Barmaqları şaqqıldatdığınız zamanı çıxan səs ətrafdakı insanları narahat edə bilər. Lakin bu sümüklərinizə və ya oynaqlarınıza zərər vermir. Bu səs, barmağını sıxarkən sümükləriniz və oynaqlarınız arasında meydana gələn qaz baloncuklarından qaynaqlanır. Bunu etmək istəsəniz, davam edə bilərsiniz. Tədqiqatlar bunun artritdə heç bir rol oynamadığını göstərir.

Dezodorant istifadəsi döş xərçənginə səbəb olur!

Bəzi elm adamları bu kimyəvi maddələrin şiş meydana gətirmə ehtimalını artıraraq, rulonda və deodorantlarda olan kimyəvi maddələrin qoltuq altından daxilə hopa biləcəyini düşünür. Amma Milli Xərçəng İnstitutu belə məhsullardan hər hansı birinin döş xərçənginə səbəb olmasına dair heç bir dəlil olmadığını bəyan edib.

Mütəmadi multivitamin istifadə etmək lazımdır!

Bir multivitaminin pəhrizinizdə olmayan qida maddələrini kompensasiya edə biləcəyini eşidə bilərsiniz.Tədqiqatçıların bu məsələdə fikir ayrılığı var. Ancaq həkiminiz vitamin qəbul etməyinizi söyləyirsə, bunu edin. Xüsusilə hamilə olduğunuz halda, həm sizin, həm də körpənizin sağlamlığı üçün həkim tərəfindən tövsiyə olunan fol turşusu və vitaminlərdən istifadə etmək lazımdır.

Ən çox mikrob olan məkan tualetdir!

Əslində tualet vanna otağı qapı və qapı tutacaqlarından daha məsum ola bilər. Xüsusilə qapı tutacaqları E.coli (Escherichia coli), Norovirus (mədə qripi) kimi bakteriyalarla örtülməyə meyllidir. Qapıya və ya tutacaqlara kağız salfetlə toxunmaq daha yaxşı olar.

Soyuq hava xəstələnməyə səbəb olur!

Ananızın nə qədər deməsindən asılı olmayaraq, soyuq havada uzun müddət keçirmək sizi xəstə etməz. Məşhur inancın əksinə, mikrob və bakteriyalar daha çox isti havanı sevirlər.

 

 

 

Mənbə: lent.az