NATO E-3A AWACS təyyarələrini əvəz etmək niyyətindədir

NATO E-3A AWACS təyyarələrini əvəz etmək niyyətindədir

NATO E-3A havadan erkən xəbərdarlıq və idarəetmə sistemi (AWACS) təyyarələrinin köhnə donanmasını əvəz etmək niyyətindədir. Ordu.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin saytında məlumat verilib.

Hazırda NATO-nun AWACS arsenlında 14 ədəd E-3A təyyarəsi var, ilk təyyarə 1982-ci ildə gətirilib.

E-3A “Sentry” havadan xəbərdarlıq və nəzarət sistemidir. Təyyarə “Boeing 707” platformasına əsaslanır. E-3A ümumiyyətlə 10 km hündürlükdə işləyir və bu yüksəklikdən 400 km-dən çox radiusda hava məkanını daim izləyə və məlumat mübadiləsi edə bilər.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az