Siqaret çəkən gənclərin koronovirusa yoluxma nisbəti 5-7 dəfə daha çoxdur

Siqaret çəkən gənclərin koronovirusa yoluxma nisbəti 5-7 dəfə daha çoxdur

ABŞ-ın Stenford Universitetinin Tibb Məktəbinin apardığı araşdırmada siqaret çəkən və ya elektron siqaret istifadə edən gənclərin yeni növ koronavirusa yoluxma nisbətinin 5-7 dəfə daha çox olduğu məlum olub.

Milli.Az Sputnik-ə istinadən xəbər verir ki, araşdırmada KOVİD-19 testindən keçən gənclərin siqaret çəkən və ya elektron siqaret istifadə etdiyini bildirənlərin siqaret çəkməyənlərə nisbətən 5-7 dəfə daha çox yoluxma ehtimalı olduğu müəyyən edilib.

Stenford Universitetinin pediatriya professoru və tədqiqatın müəlliflərindən biri olan Bonni Halpern-Felşer NBC News telekanalına verdiyi açıqlamasında "təəccübləndiklərini" söyləyib və sayların bu qədər yüksək olacağını gözləmədiklərini bildirib.

Bu ABŞ-da gənclərin siqaret çəkmə və elektron siqaret istifadəsinin koronavirus ilə əlaqəsinə dair ilk ümumrespublika araşdırması ilə fərqlənsə də, araşdırmaya ölkə daxilində 13-24 yaş arasında olan 4351 iştirakçı daxil edilmişdir.

ABŞ Demokrat partiyanın İllinois nümayəndəsi və Nümayəndələr Palatası yanında Nəzarət və İslahat Komissiyasının üzvü Raca Krişnamurti ABŞ-ın əvvəlki araşdırmalardan sonra elektron siqaretlərin koronavirus riskini artırdığı qənaətinə gəldiyini bildirərək, Qida və Dərman İdarəsinə (FDA) elektron siqaretin satışının qadağan edilməsini istəmişdi.

Mənbə: news.milli.az