Daha bir tətbiq Android istifadəçilərinin ixtiyarına verildi

Daha bir tətbiq Android istifadəçilərinin ixtiyarına verildi

Pixel seriyalı telefonlardakı tətbiqlərdən biri artıq Android istifadəçilərinin də ixtiyarına verilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Google Telefon tətbiqinin beta versiyası android telefonlarda aktivdir.

İlkin məlumata görə, tətbiq öncə Samsung və OnePlus markalı smartfonlara yüklənə biləcək. Bunun üçün əvvəlcə tətbiqin beta versiyasında qeydiyyatdan keçmək lazımdır. Daha sonra tətbiqi Play Store üzərindən yükləmək mümkün olacaq.

Google telefon tətbiqini digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri də filtrləmədir. Amma təəssüf ki, bu xüsusiyyət hələlik yalnız ABŞ-da Pixel markalı smartfon istifadəçilərinin ixtiyarına verilib.

Qeyd edək ki, tətbiq hələlik beta versiyada olduğu üçün daxil olan və çıxan zənglərdə problem yaşana bilər.

Mənbə: news.milli.az