Wi-fi əvəzinə Li-fi istifadə edən telefon istehsal olunacaq

Wi-fi əvəzinə Li-fi istifadə edən telefon istehsal olunacaq

Üzərində araşdırmaların illərdir davam etdiyi, Wi-fi texnologiyasını əvəzləyəcəyi gözlənilən Li-fi yaxın vaxtlarda istifadəyə veriləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, LetsGoDigital-ın yayımladığı hesabata görə, OPPO şirkəti Wi-fi əvəzinə Li-fi texnologiyasını dəstəkləyən smartfon üzərində çalışır. Artıq sözügedən layihə üçün patent alınıb.

Yeni modelin dar çərçivəyə sahib, tam ekrandan ibarət smartfon olacağı, Li-Fi texnologiyasının isə cihazın arxasına bərkidiləcəyi gözlənilir. Bu sensorun arxa kameranın yanında və ya yuxarısında olacağı təxmin edilir.

Hazırda işlərin hansı aşamada olduğu, cihazın nə zaman təqdim olunacağı barədə isə rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, PureLiFi şirkəti ötən il keçirilən Dünya mobil konqresində bu texnologiyanın 2020-ci ildə istifadəyə veriləcəyini söyləmişdi.

Mənbə: news.milli.az