SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb

SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb

İyun ayında SpaceX şirkəti Starlink peyk internetinin testi üçün sorğuların qəbuluna start vermişdi. Həmin vaxtda Elon Musk söz vermişdi ki, onun Starlink layihəsi 25-35 millisaniyə gecikmə ilə saniyədə 1 Gbit sürəti təmin edəcək. İndi isə internetdə Starlink peyk internetinin sürətinin ilk test nəticələri ortaya çıxıb. Nəticələr isə Musk tərəfindən söz verilmiş göstəricilərdən hələ çox uzaqdır.

Bu barədə 4pda saytı xəbər verib. Peyk internetinin ilkin test nəticələri məşhur Speedtest servisinin saytında ortaya çıxıb. Məlumat sızıntısına əsasən testdə iştirak etmiş şəxsin təyin etdiyi ən yaxşı internet sürəti 21 millisaniyə gecikmə ilə olub. Həmin anda download sürəti saniyədə 45.9 Mbit, upload sürəti isə saniyədə 10.1 Mbit təşkil edb.

Test zamanı təyin edilmiş ən pis göstərici isə 91 milisaniyəlik ping olub. Ortalama sürət 30-40 millisaniyə gecikmə ilə reallaşdırılıb. Bu cür nəticələri ənənəvi provayderlərin göstəriciləri nöqteyi nəzərdən orta hesab etmək olar. Digər tərəfdən də qeyd etmək lazımdır ki, Starlink layihəsi hal hazırda qapalı beta test rejimində çalışır və Yer kürəsinin orbitində yerləşdirilmiş peyklərin sayı hələ planlaşdırılandan daha azdır.

Milli.Az

Mənbə: news.milli.az