Aktyor Azər Aydəmir “TikTok” sosial şəbəkəsinin Azərbaycanda müvəqqəti bağlanmasından yazıb.
Yenisabah.az xəbər verir ki, öz sosial şəbəkə hesabında o, "TikTok"un bağlanması tərəfdarı olduğunu bildirib:
"Ölkə ərazisində "TikTok"un məhdudlaşdırılmasına sevinənləri anlamayanlar hər zaman eyni arqumenti gətirir. Problem "TikTok"da deyil, insanlardadır. "TikTok"da kifayət qədər maraqlı kontent var. Xub. İndi biz o qədər antihumanist davranıb insanımızı söyə bilmərik axı. Odur ki "TikTok" bağlansın”.
Mənbə: yenisabah.az