Bu gündən Bakıda 3 günlük kibertəhlükəsizlik konfransı öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə PROSOL şirkətinin birgə təşkilatçılığı ilə baş tutan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları və özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edirlər.
Konfransın açılış mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov, PROSOL şirkətinin İdarə heyətinin sədri Babək Ağayev, İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Olmert, Birləşmiş Krallığın Azərbaycandakı səfiri Ferqus Auld və İsrailin Azərbaycandakı səfiri Corc Dik iştirak ediblər.
Konfransın ilk günündə kibertəhlükəsizliyin aktual problemləri və çağırışları üzrə dörd panel müzakirəsi keçirilib.
Mənbə: qafqazinfo.az