Azərbaycanın sığorta bazarı 29%-dən çox böyüyüb

Azərbaycanın sığorta bazarı 29%-dən çox böyüyüb

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta yığımları 29.3% artaraq 846,854 milyon manata çatıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 21.9% artaraq 345,796 milyon manata yüksəlib.

Sığorta yığımları artım dinamikasının daha yüksək olması sığorta bazarının zərərliliyinə də təsir edib. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında sığortaçılar topladıqları hər 100 manatın 43.3 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 40.8 manata kimi azalıb. Bu isə 5.8% azdır.

Mənbə: apa.az